Bazar gününün havası açıqlandı

16:24 20-08-2022 | icon 1695
Bazar gününün havası açıqlandı

Azərbaycanda avqustun 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.


Digər xəbərlər

0.22060513496399