Elnur Məmmədov: "Azərbaycan ən böyük nümayəndə heyəti ilə təmsil olunurdu"
"İlk olaraq, vaxt ayırıb bizi qəbul etdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk. Məlumat üçün bildirmək istəyirik ki, Azərbaycan nümayəndə heyəti bu Oyunlarda ən böyük nümayəndə heyəti ilə - 282 idmançıdan əlavə, məşqçi, texniki, idman heyəti ilə yanaşı, media və rəsmi nümayəndələrlə birlikdə 484 nəfərlə təmsil olunurdu".
Bunu Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Məmmədov Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva nəticə əldə etmiş idmançılarla görüşündə çıxışı zamanı deyib.
"Sizin avqustun 9-da Konyada Atletlər kəndində bizim idmançılarla görüşünüz idmançılarımıza əlavə stimul oldu və nəticədə 99 medal qazandılar. Onlardan 29-u qızıl, 36 gümüş, 34 bürünc olmaqla, 55 ölkə arasında 4-cü yerdə qərarlaşdıq", - o vurğulayıb.
E.Məmmədov İslamiadanın açılış mərasimində Azərbaycan nümayəndə heyətinə böyük diqqətin göstərildiyini vurğulayıb: "Cənab Ali Baş Komandan, açılış mərasimində Azərbaycan nümayəndə heyəti stadiondan keçərkən, bayrağımız açılarkən 42 minlik insanın coşqu ilə bayrağımızı alqışlaması qardaş ölkənin qalib ölkənin bayrağını alqışlamağı idi. Bu hissləri bizə yaşatdığınız üçün Sizə təşəkkürümüzü bildiririk".
Nazirlik rəsmisi Azərbaycan idmançılarının nizam-intizamlarının da yüksək səviyyədə olduğunu söyləyib: "Nümayəndə heyətimiz böyük olduğu üçün bizə ayrıca bina ayrılmışdı. Ancaq o da kifayət etməmişdi və digər binanın bir hissəsi də bizə ayrılmışdı. Bizim idmançılar 150-dən çox otaqda yerləşmişdi. Çox xoş haldır ki, təhvil-təslim vaxtı bizim 150 otaqdan heç birində ən kiçik problem belə olmamışdır. Bu isə bir daha bizim idmançıların intizamının göstəricisidir. Fürsətdən istifadə edib onlara da təşəkkürümüzü bildirmək istəyirik. Çox sağ olun, cənab Prezident. Təşəkkürümü bildirirəm".
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...