Sevindik Hətəmov haqda böhtan yazanların nəzərinə

13:28 24-08-2022 | icon 1184
Sevindik Hətəmov haqda böhtan yazanların nəzərinə

Son vaxtlar qazi adından sui-istifadə edənlərin törətdiyi qanunsuzluqlarla bağlı tez-tez xəbərlər eşidirik. Kimisi vəzifəli şəxslərə hücum edir, kimisi nömrəsiz maşın sürür, kimisi əyninə hərbi forma geyinib pul yığır, kimisi də torpaq zəbt edir. Müharibədə iştirak edən də, etməyən də “qazi” adından istifadə edir. Onlar həm cəmiyyətdə, həm də dövlət qurumlarında qazilərə və şəhid ailələrinə böyük hörmət olduğunu çox yaxşı bilir və bundan faydalanmağa çalışırlar.

Təəssüf ki, "Reket jurnalistika" nümayəndələri də bu kimi hallardan sui-istifadə istifadə edərək vəzifəli şəxslərə qarşı qarayaxma kompaniyası həyata keçirir. Bəzi hallarda isə qazilərdən istifadə edilərək məmurlar şantaj olunur. 

Belə ki, bəzi xəbər saytlarında  Salyan İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla bağlı son dərəcə qərəzli bir munasibətin nəticəsi olduğu açıq-aydın gorünən, heç bir konkret faktın yer almadığı və şəxsiyyətin təhqir olunmasına xidmət edən yazılar dərhal diqqətimi çəkdiyi üçün bu tip yazılarla iyrənc bir oyunun iştirakçısına çevrilənlər barədə nə fikirləşdiyimi yazmağa ehtiyac duydum. 

Çunki ortaya belə bir sual çıxır: Doğrudanmı cəmiyyətdə, çalışdığı kollektivdə dərin hörmətə malik olan bir insan haqqında əsassız şayələr yaymağa çalışırlar?

Bəri başdan deyim ki, mən eşitdiklərimə deyil, gördüklərimə inananam. Bu düşüncələrlə jurnalist təcrübəmdən istifadə edərək araşdırmalarıma başladım. Əvvəlcə internetdə haqqında son ildə yazılmış yazıları bir yerə yığdım və o yazıların hardan, hansı saytlarda və kimlər tərəfindən yazıldığını yoxladım. Bu yazıları dəqiq təhlil etdikdə məlum oldu ki, yazılar bir əldən çıxır və yayılır. Yazıların tam məqsədi məlum olmasa da, bir məna var, kimlərsə Sevindik Hətəmovun uğurlarını istəmir, kimlərsə yuxarı dairələrdə onun haqqında mənfi rəy formalaşdırmağa çalışır. 

Şantaj yazmaqla bəslənən insanlar öz bədnam əməllərini həyata keçirə bilmək üçün ictimaiyyət və rəhbərliyin gözündən salmaq məqsədi ilə şər-böhtan xarakterli məlumatlardan istifadə edirlər.

Qeyd edim ki, bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Savadlı kadrların yüksək vəzifələrə təyin olunması, onların ölkəmizdə və xaricdə qazandıqları nailiyyətlər, Azərbaycanı uğurla təmsil etməsi məhz uğurlu dövlət siyasətinin bariz nümunəsidir.

Sevindik Hətəmovun da Salyan Rayon İcra Hakimiyyəti Başçısı kimi əhəmiyyət kəsb edən bir sahədə işləməsi bunun əyani sübutudur.

Öz işində sözün əsl mənasında fərqlənməyi bacarıb, pillə-pillə addımlayaraq irəliyə getməyə nail olub.

Hər zaman rəhbərliyin verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq qəbuluna gələn vətəndaşların təkliflərini dinləyib, problemlərinin həllinə böyük qayğı ilə yanaşıb.

Yorulmadan çalışır, zəhmət çəkir.  Salyanda hər kəsə bəllidir ki, o, yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır.

Hələ gənc yaşlarında ikən halal zəhmətlə qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub.

Bu şəxsin hər zaman ölkə rəhbərliyinin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik.

Hətta müşahidələrimə əsasən onu deyə bilərəm ki, Sevindik Hətəmov nəinki rəsmi qəbul günlərində, digər vaxtlarda da mövcud karantin şərtlərinə uyğun olaraq mürəciətə gələn heç bir sakini dinləmədən yola salmır.

Bir sözlə, dövlət başçısının “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir” fikrini fəaliyyətində başlıca meyar kimi müəyyənləşdirib.

Təəssüf ki, onun haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Belə olan halda isə bu onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar. Maraqlıdır ki, Sevindik Hətəmov barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.

P.S. Şəhidlərimiz, qazilərimiz Vətəni təmənnasız sevib, onun uğrunda canlarından, sağlamlıqlarından keçiblər. Vətənə sevgi təmənnalı olmur. Haqsız tələb irəli sürüb qanunsuz iş tutanlar da bu təmənnadan əl çəkməlidirlər.


Digər xəbərlər

0.26152181625366