Qaradağ RİH-də peşə bayramı qeyd olundu - Fotolar

17:49 23-08-2022 | icon 782
Qaradağ RİH-də peşə bayramı qeyd olundu - Fotolar

Avqustun 23-ü Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı və yaranmasının 29-cu ildönümü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin konfrans zalında tədbir keçirilib.

Tədbirdə Qaradağ rayonu ərazisində yerləşən Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə hər zaman ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan söz açaraq, Agentliyin yaranma tarixi haqqında, dövlətçiliyimizin qorunmasında, dövlətə, xalqa, Prezidentə sadiq, layiqli və qüsursuz xidmətləri barədə məlumat verib.

Tədbirin sonunda nümunəvi xidmətinə görə seçilən bir neçə hərbi qulluqçu Rayon İcra hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr ilə təltif olunublar.

 

 





Digər xəbərlər

0.23175811767578