Kredit kartı almaq üçün gəliriniz nə qədər olmalıdır? – CƏDVƏL

11:01 29-03-2017 | icon 1785
Kredit kartı almaq üçün gəliriniz nə qədər olmalıdır? – CƏDVƏL
loading...

Kredit (taksit) kartı sifariş vermək üçün bankların müştəridən tələb etdiyi minimum gəlirin miqdarı üzrə sıralamanı təqdim edirik. 

Oxu.Az xəbər verir ki, bu siyahıda gəlirin növü və digər şərtlər ilə də tanış ola bilərsiniz. 

Əvvəldən qeyd etmək vacibdir ki, kartın verilməsi zamanı müştərinin digər kredit öhdəlikləri, həmçinin hər hansı bir kredit üçün zamin olub-olmadığı da xüsusi əhəmiyyət kəsb edir. Bu kredit məhsulu üçün bəzi banklarda zamin də tələb edilir.

Sorğu nəticəsində məlum olub ki, kommersiya banklarının demək olar ki, yarısında, yəni 15 bankda kredit kartı məhsulu təklif edilir. 

Tələb olunan minimum gəlir isə 100-2000 manat arasında dəyişir. Bəzi banklar yalnız əməkhaqqı alan şəxslərə kredit kartı təklif etdiyi halda, digərləri fərdi sahibkarlara və təqaüdçülərə də bu imkanı təmin edir.

“Azərbaycan Beynəlxalq Bankı”, “PAŞA Bank” və “Kapital Bank”dan kredit kartı almaq üçün isə müştəri həmin bankın əməkhaqqı kartından maaş almalı və ya sahibkar hesabı həmin bankda olmalıdır.

Bundan əlavə, bankların fərqli tələbləri də mövcuddur. Məsələn, “Bank BTB”-dən kredit kartı almaq istəyən təqaüdçünün minimum gəliri 400 manat olmalıdır və s.

Ümumilikdə isə kredit kartı almaq üçün bankların tələb etdiyi minimum gəlir səviyyəsi və əlavə şərtlər aşağıdakı cədvəldə əks etdirilmişdir:

Sıra

Bank

Tələb olunan

minimum gəlir

Gəlir növü

1

Kapital Bank ASC

100

Əməkhaqqı,
təqaüd

2-3

Expressbank ASC/Smile Card

155

Əməkhaqqı,
sahibkarlıq fəaliyyətindən gəlirlər

2-3

Bank BTB ASC

155

Əməkhaqqı,
sahibkarlıq fəaliyyətindən gəlirlər,
təqaüd

4

Azərbaycan Sənaye Bankı ASC

250

Əməkhaqqı

5

Yapı Kredi Bank Azərbaycan QSC

300

Əməkhaqqı

6

Azər Türk Bank ASC

350

Əməkhaqqı,
sahibkarlıq fəaliyyətindən gəlirlər,
təqaüd

7-8

Rabitəbank ASC

400

Əməkhaqqı,
sahibkarlıq fəaliyyətindən gəlirlər

7-8

Bank of  Baku ASC

400

Əməkhaqqı,
sahibkarlıq fəaliyyətindən gəlirlər,
təqaüd

9

Caspian Development Bank ASC

450

Əməkhaqqı,
sahibkarlıq fəaliyyətindən gəlirlər

10-11

Bank Avrasiya ASC

500

Əməkhaqqı,
sahibkarlıq fəaliyyətindən gəlirlər,
təqaüd

10-11

Expressbank ASC/Expresso

500

Əməkhaqqı,
sahibkarlıq fəaliyyətindən gəlirlər

12

Bank Respublika ASC

600

Əməkhaqqı,
sahibkarlıq fəaliyyətindən gəlirlər

13

Unibank KB ASC

2000

Əməkhaqqı,
sahibkarlıq fəaliyyətindən gəlirlər

14

DəmirBank ASC

Müştərinin ödəniş imkanlarının və öhdəliklərinin təhlilindən sonra fərdi olaraq müəyyənləşdirilir

Əməkhaqqı,
sahibkarlıq fəaliyyətindən gəlirlər

15

Azərbaycan Beynəlxalq Bankı ASC

Müştərinin ödəniş imkanlarının və öhdəliklərinin təhlilindən sonra fərdi olaraq müəyyənləşdirilir (Kart yalnız taksit üçün nəzərdə tutulub)

Əməkhaqqı

16

PAŞA Bank ASC

Müştərinin ödəniş imkanlarının və öhdəliklərinin təhlilindən sonra fərdi olaraq müəyyənləşdirilir

 

Mənbə: BBN.az
U.A.


Digər xəbərlər

0.305988073349