Gəncə inkişaf və tərəqqi yolunda... - Fotolar

21:33 28-08-2022 | icon 1292
Gəncə inkişaf və tərəqqi yolunda... - Fotolar

Gəncə ulu öndər Heydər Əliyevin qayğısından bəhrələnən, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına, Gəncəyə daimi diqqətinə layiq olmağa özündə güc tapan, tarixinə sonsuz məhəbbət və ehtiramı ilə seçilən bir şəhər olduğunu öz əməli işi ilə sübuta yetirib və bundan qürur duyur.

Bu qədim şəhər zaman-zaman sınaqlara da məruz qalıb. Lakin hər dəfə bu sınaqlardan uğurla çıxan gəncəlilər dövlətə və dövlətçiliyə sədaqət və məhəbbətini nümayiş etdirib, yenidən inkişaf və tərəqqi yoluna qədəm qoyublar.

 

Gəncə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində günü-gündən inkişaf edir. Şəhərin səhiyyə, təhsil və mədəni həyatında yeniliklərə nail olunur, yeni infrastruktur layihələri icra edilir.

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Kəpəz və Nizami bələdiyyələri tərəfindən şəhər ərazisində “Abad məhəllə”lər yaradılır. “Abad məhəllə” layihəsi çərçivəsində məhəllələrdə asfalt örtüyü salınır, tamet daşlar vurulur, yeni bardurlar, işıq dirəkləri quraşdırılır, məişət tullantıları üçün qutular yerləşdirilir.

Son 4 ildə Prezident İlham Əliyevin iştirakı ilə Gəncə şəhərində bir sıra iqtisadi və sosial yönümlü obyektlər istifadəyə verilib. “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodu, 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Gəncə Dövlət Dram Teatrının yeni binası, 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzi, Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu bu qəbildən olan obyektlərdəndir.

Son 4 ildə Gəncə şəhər 7, 18, 28 və 34 nömrəli tam orta məktəblər müasir standartlar səviyyəsində yenidən qurularaq şagird və müəllimlərin ixtiyarına verilib. Bununla yanaşı, Gəncə Dövlət Universitetinin 5-ci tədris binasında TİKA-nın dəstəyi ilə Nuru Paşa adına kitabxana yaradılıb, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərçivəsində Gəncə şəhər Peşə Təhsili və Təlim Məktəbində yeni təlim emalatxanası istifadəyə verilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə gənc nəslin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, gənclərin faydalı məşğulluğunun təmin edilməsi, idmanın dəstəklənməsi istiqamətində aparılan məqsədyönlü tədbirlər davam edir.

Gəncə 2019-cu ildə “Avropanın İdman Şəhəri” tituluna layiq görülüb, UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçilib. Nizami yurdu üçün ən uğurlu layihələrdən biri isə Gəncənin Avropa və Yenidənqurma İnkişaf Bankının “Yaşıl şəhərlər” layihəsinə qoşulmasıdır. Gəncə bu proqrama Prezident İlham Əliyevin təşəbbüsü ilə qoşulub. Gəncə Azərbaycanda AYİB-in Yaşıl Şəhərlər şəhər dayanıqlılıq proqramına qoşulan ilk şəhərdir.

Gəncə son illərdə bir çox beynəlxalq tədbirlərə, əhəmiyyətli layihələrə də ev sahibliyi edib. Bu sırada Azərbaycanda alman irsinin izlərinə və memarlığına həsr edilən “Germaniajan” səriginin, “İMAGİNE Avro” tolerantlıq festivalı çərçivəsində fransız fotoqrafı Nikolas Landermanın fotosərgisini, “Regional İnkişaf” İctimai Birliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdman Federasiyasının təşkilatçılığı ilə “Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsi çərçivəsində keçirilən velosiped yürüşünü, Azərbaycan Avtomobil Federasiyanın təşkilatçılığı ilə keçirilən “VI Challenge Gəncə - idman avtomobillərinin yaşırı və şousunu qeyd etmək olar.

Gəncə şəhəri Vətən müharibəsi dövründə 100-dən artıq şəhid qarşıladı. Cəbhə bölgəsindən xeyli aralıda yerləşməsinə baxmayaraq Gəncə şəhəri mənfur düşmənin hədəfinə çevrildi. Gəncə 4, 5, 8, 11  və 17 oktyabr 2020-ci il tarixlərində Erməni silahlı qüvvələri tərəfindən raket atəşlərinə məruz qaldı. Ermənistanın törətdiyi hərbi cinayətlər nəticəsində 1-i körpə, 5-i uşaq və yeniyetmə, 10-u qadın olmaqla 26 dinc sakin həlak oldu, 142 mülki şəxs yaralandı.

Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Gəncə şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Gəncənin “İstiqlal” parkında “Memorial Abidə Kompleksi” inşa edilib. Burada Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə iki bulaq da tikilib. Həmçinin şəhidlərimizin əziz xatirəsinin yaşadılması məqsədilə Gencesehidleri.az saytı istifadəyə verilib.

Bunlarla yanaşı, Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə də abidə ucaldılıb. Azərbaycanın müstəqilliyi naminə qardaşlıq uğrunda 11 iyun 1918-ci il tarixində Gəncədə canlarını fəda edən Qafqaz İslam Ordusunun ilk şəhidləri – 13 qəhrəman məhmətçiyin xatirəsinə inşa edilən abidə “Şah Abbas – Cümə məscidi”nin önündə yerləşdirilib.

Gəncədə də şəhid ailələri və qazilər daim diqqət mərkəzindədirlər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşür, onların müraciətlərini dinləyir, onları narahat edən məsələlərin həlli istiqamətində müəyyən tapşırıqlar verir, problemlərin bir çoxu yerindəcə öz həllini tapır.

 

 







Digər xəbərlər

0.26106691360474