Heydər Əliyev Mərkəzinin parkında izdihamlı həftəsonu konsertləri - Video

08:37 30-08-2022 | icon 805
Heydər Əliyev Mərkəzinin parkında izdihamlı həftəsonu konsertləri - Video

Yay mövsümü ərzində həftəsonlarında Heydər Əliyev Mərkəzinin parkında müxtəlif tədbirlər keçirilir.

Şənbə və bazar günləri Mərkəzin parkında müxtəlif estrada ulduzlarının konsertləri  böyük tamaşaçı izdihamı və marağı ilə keçir.

 

Ümumiyyətlə isə, Mərkəzin parkında ayrı-ayrı idman növləri və incəsənət sahələrinə aid məşğələlər, yarışlar, konsert proqramları, rəqs axşamları təşkil edilir. Bu tədbirlər paytaxt sakinləri və qonaqların asudə vaxtlarını səmərəli və maraqlı keçirmələri, azyaşlıların istedad və bacarıqlarının üzə çıxarılması və inkişaf etdirilməsi məqsədi daşıyır.

Tədbirlərə giriş sərbəstdir.

 

 
 
 

Digər xəbərlər

0.21084499359131