Qadın şahmatçılarımızdan Avropa çempionatında tarixi uğur
Azərbaycan şahmatçıları Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva Çexiyanın paytaxtı Praqada təşkil olunan qadınlar arasında Avropa çempionatında medal qazanmaqla tarixi uğura imza atıb.
Günay Məmmədzadə İsveçrə sistemi üzrə keçirilən yarışın sonuncu turunda Aleksandra Maltsevskaya (Polşa) ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan 22 yaşlı şahmatçımız matçın 43-cü gedişində rəqibi ilə sülhə razılaşıb.
Ülviyyə Fətəliyeva isə son turda millimizin digər üzvü Gülnar Məmmədovanı məğlubiyyətə uğradıb. Yekunda hər iki şahmatçı xalını 8-ə çatdırıb. Əlavə göstəricilərə görə Günay gümüş, Ülviyyə bürünc medal qazanıb.
Ümumilikdə 123 şahmatçının iştirak etdiyi yarışın qalibi 8,5 xalla polşalı Monika Soçko olub.
Qeyd edək ki, indiyə qədər qadın şahmatçıların fərdi Avropa çempionatında heç bir Azərbaycan təmsilçisi mükafatçılar sırasında olmayıb. İki təmsilçimizin mükafatçılar sırasında yer alması Azərbaycan şahmatında tarixi uğurdur.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...