Emin və digər tanınmışlar Kəlbəcərdə hərbçilərimiz üçün konsertlə çıxış etdi - Fotolar
İşğaldan azad edilməsini otuz ilə yaxın müddətdə səbirsizliklə gözlədiyimiz doğma Qarabağda nəhayət, həyat tədricən canlanır. Hər bir azərbaycanlı üçün əziz olan bu torpaqlara bərpa və yenidənqurma işləri ilə yanaşı, mədəni həyat da qayıdır, müxtəlif tədbirlər keçirilir.
Belə tədbirlərdən biri də avqustun 31-də Kəlbəcər rayonunda yerləşən “N” saylı hərbi hissədə Vətənin keşiyində dayanan hərbçilərimiz üçün təşkil olunan konsert proqramıdır.
“Yaşa, doğma Azərbaycan!” adlı konsert proqramında tanınmış azərbaycanlı müğənnilər Xalq artisti Emin, eləcə də Ellai, Bahh Tee & Türkan, JONY, Rauf & Faiq, gənc müğənni Cəmilə Həşımova və “The Excellent Music Band” qrupu bir-birindən maraqlı ifaları ilə hərbiçilərimizə xoş anlar bəxş ediblər.
Kəlbəcərdə Vətənə, bayrağa, dövlətə, xalqa sonsuz sədaqətini nümayiş etdirən qəhrəman əsgər və zabitlərimiz konsert proqramı zamanı təqdim olunan rəngarəng musiqi nömrələrini alqışlarla qarşılayıblar.
“Bizə işğaldan azad olunmuş ərazilərdə konsert vermək sevincini yaşatdığı üçün Azərbaycan Ordusuna təşəkkür edirəm. Burada – Kəlbəcərdə əsgər və zabitlərimizin qarşısında çıxış etmək olduqca qürurverici hissdir”, - bu fikirləri Xalq artisti Emin jurnalistlərə müsahibəsində deyib.
“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazilərimiz işğaldan azad edildi və rəşadətli Azərbaycan Ordusu igidlik göstərdi”, - deyə müğənni əlavə edib.
Emin Kəlbəcərdən sonra işğaldan azad olunmuş digər ərazilərimizdə də konsert proqramı ilə çıxış edəcəklərini bildirib.
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərib
...
-
Dövlət Turizm Agentliyi: Tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir
...
-
Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib - Fotolar
...
-
Yalçın Adıgözəlov Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri təyin olunub
...
-
Biz də sizinləyik! - FOTOLAR
...
-
Yuli Qusmana “Şərəf” ordeni təqdim edilib - Fotolar
...
-
Məşhur serialda ləvəngidən danışıldı - Video
...
-
Akademik Musiqili Teatrın kollektivi Ulu Öndərin məzarını ziyarət edib
...
-
Məşhurlar Yeni il çıxışları üçün nə qədər qonorar alacaq? - Siyahı
...
-
Eminin anşlaqla keçən Bakı konsertindən - Fotolar
...