Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Çingiz Nəcəfovun ona göstərilən etimadı doğruldur

12:12 01-09-2022 | icon 1166
Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Çingiz Nəcəfovun ona göstərilən etimadı doğruldur

"Reket jurnalistika" yenə iş başındadır. Bəzi "jurnalistlər" bu dəfə Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Çingiz Nəcəfov haqqında ağlına nə gəldi onu da qələmə alır.

Biz isə çalışıb bəziləri kimi eşitdiklərimizə yox, gördüklərimizə əsaslanaq. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin.

Daha əvvəl müxtəlif vəzifələrdə çalışmış Çingiz Nəcəfovun Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru təyin olunması və bu quruma rəhbərlik etməsi ona dövlət səviyyəsində, xüsusilə, rəhbərlik tərəfindən yüksək etimadın göstərilməsindən xəbər verir.

Çingiz Nəcəfov ona göstərilən etimadı daim doğruldub, verilən istənilən vəzifə və tapşırığın öhdəsindən yüksək peşəkarlıqla gəlib.

O, dövlətinə, xalqına, prezidentinə sədaqətlə bağlı olan, vəzifəsinin məsuliyyətini yüksək səviyyədə dərk edən şəxsdir.

Öz işində sözün əsl mənasında fərqlənməyi bacarıb, pillə-pillə addımlayaraq irəliyə getməyə nail olub. 

Bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun peşəkar olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
 

Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Çingiz Nəcəfovun uğurlarını görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar. 

Düzdür, müasir mediada -  çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir şəxs haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən, nə baş verib ki, bir sayt əməkdaşı vəzifəli bir şəxsi müdafiə edən yazıya imza qoyur?

Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. 

Bir elin, obanın təəssübünü çəkən fədəkar bir insan kimi tanıdığımız Çingiz Necəfov haqqında bəzən bədhaqları tərəfindən yayılan yazılara cavab olaraq gerçək olanı deyək:

Bəli, Çingiz Nəcəfov təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında?

Adamın saf, təmiz qəlbi var. Xalqına, el-obasına bu qədər baglılığı, ehtiyacı olanlara “Əl tutmaq Əlidən qalıb” deyə əl tutması, simsar olması həndəsi silsilə ilə artan bir sərvətdir. Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya saysız-hesabsız xeyirxah əməllərini də artırsaq (bunların da ümumi çəkisi həmin böhtançı “mirzə”lərdən ağır olar yəqin ki…) onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda “Çingiz müəllimin böyük, tükənməz bir xəzinəsi var”-deyib, sizsə hər şeyi baş-ayaq anlamısız…

Qeyd edək ki, onun haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Belə olan halda isə bu onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar. Maraqlıdır ki, Məmməd müəllim barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür məqsədli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.

Həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, dövlətçiliyə sədaqətlə xidmət edən Çingiz Nəcəfovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

Bir daha xatırladaq ki, Çingiz Nəcəfovun uğurlarını həzm edə bilməyən, qeyri – konstruktiv qüvvələrə xidmət edən bu kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan ayaq tutar, yeriməz, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın,həm də özlərinin xeyrinə iş görsünlər.


Digər xəbərlər

0.22084808349609