Sabahın havası açıqlandı
Azərbaycanda sentyabrın 3-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava müşahidə olunacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.
Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu: şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 19-20° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.
-
Qarabağda bərpa-quruculuq işləri davamlı olaraq aparılır
...
-
Dərin siyasi zəka, tükənməz iradə sahibi
...
-
Şanlı ordumuz xalqımızın qürur mənbəyidir
...
-
Qələbəmizin növbəti rəmzi - Zəfər meydanı
...
-
Azərbaycanda Novruz bayramıdır
...
-
Ramazanın onuncu gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahdan Novruz tətili başlayır
...
-
Aydın Hüseynov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub - FOTO
...
-
Bu gün İlaxır çərşənbədir
...
-
Abşeronda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edildi
...