İcra başçısı qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərlə görüşdü - Fotolar
Sentyabrın 2-si Şamaxı şəhər Heydər Əliyev Parkında Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Milli Məclisin deputatı Tamam Cəfərova ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclərlə görüş keçiriblər.
Ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışan icra başçısı Tahir Məmmədov bütün məzunları, onların valideynlərini təbrik edib. Gələcək təhsildə gənclərə uğurlar arzulayan natiq, onların müstəqil ölkəmizin milli-mənəvi dəyərlərinə sadiq, vətənpərvər savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatına böyük töhfə verəcəyini bildirib.
Tədbirdə çıxış edən deputat Tamam Cəfərova Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında təhsil strategiyasının uğurla həyata keçirilməsindən və bu sahədə əldə edilən uğurlardan danışaraq qeyd edib ki, təhsilin inkişafı ölkəmizdə daim diqqət mərkəzində saxlanılır.
Tədbirin sonunda ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclərə təşəkkürnamə və hədiyyələr təqdim edilib.
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...