Milli ideyalara sədaqət

10:56 05-09-2022 | icon 1222
Milli ideyalara sədaqət

Azərbaycan tarixinin son qərinəsinin inkişaf istiqamətini ulu öndər Heydər Əliyevin liderlik fəaliyyəti müəyyən edir. Bu böyük tarixi şəxsiyyətin Azərbaycana rəhbərliyinin sovet epoxasının sonuncu onilliklərindəki birinci dövründə respublikamızda dövlətçilik yaddaşının oyadılması, hərtərəfli inkişaf, ərazi bütövlüyü və suverenlik uğrunda xalq hərəkatının düzgün məcrada gedişi, milli dövlət atributlarının bərpası, müstəqillik qazanıldıqdan sonra isə bu tarixi nailiyyətin qorunması, əbədiləşdirilməsi,  yeni dünya düzənində ölkəmizin layiqli yer tutması  ümummilli liderimizin adı ilə bağlıdır.

  Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan əvəzsiz xidmətləri olmuşdur.

  Millət atası Heydər Əliyevin əbədiyyətə qovuşduğu 12 dekabrda –  unudulmaz rəhbərin anım günündə qədirbilən xalqımız  onun tarixi xidmətlərini, yeni nəsillərə ən mükəmməl örnək olan həyat və fəaliyyətini sonsuz ehtiramla yada saldı. Əslində, xalqımızın yetirdiyi ən böyük siyasət və dövlət xadimi olaraq Heydər Əliyevin  möhtəşəm əməlləri, daim uğurlar qazandıran ideyaları hər gün, hər an bizimlədir.

  Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu öndərin Naxçıvanın çətin vaxtlarında buraya qayıtması bu qədim Azərbaycan torpağını təhlükədən sovuşdurdu. Ən əsası bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi. Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

  Beləliklə, Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

Hüseyn Eynullayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı  


Digər xəbərlər

0.28227019309998