Azərbaycan karateçiləri Premyer Liqa turnirini 6 medalla başa vurdu
Azərbaycan karateçiləri Bakıda keçirilən Karate1 Premyer Liqa turnirini 6 medalla başa vurublar.
Mötəbər yarışda karateçilərimiz 3 qızıl və 3 bürünc medala sahib olublar.
Təmsilçilərimizdən Əminağa Quliyev (60 kiloqram), İrina Zaretska (68 kiloqram) və Asiman Qurbanlı (+84 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bürünc medalları isə yığmamıza Tural Ağalarzadə (67 kiloqram), Turqut Həsənov (84 kiloqram) və Murad Hacızadə (+84 kiloqram) qazandırıblar.
Turnirdə 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparıb.
Qeyd edək ki, Bakıda Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri ilk dəfədir keçirilib. Turnirin iştirakçıları arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları yer alıblar. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçirilib. 12 kateqoriyanın hər birində 32 idmançı mübarizə aparıb. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilər olub.
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...