“Noyabrda Azərbaycanla sülh sazişi imzalana bilər” - Erməni politoloq
“Ermənistanın Baş naziri Nikol Paşinyanın fərmanı ilə ölkənin Xarici İşlər Nazirliyində Azərbaycanla hərtərəfli sülh sazişinin imzalanmasına hazırlıqla məşğul olan İşçi Qrup yaradılıb”.
Bu barədə məlumatı öz mənbələrinə istinadən erməni politoloq Andranik Ovannisyan öz teleqram kanalında paylaşıb.
Onun sözlərinə görə, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bu prosesdə iştirak edir.
O bildirib ki, sözügedən sazişin imzalanması tarixi ilə bağlı dəqiq məlumat olmasa da, saziş cari ilin noyabrında baş tuta bilər.
“Əldə olan məlumata görə, sənədin hazırkı nümunəsində ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiq edilməsi və Ermənistan və Azərbaycan arasında regional nəqliyyat kommunikasiyalarının açılması qeyd olunur”, - deyə Ovannisyan qeyd edib.
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...