Prezident İlham Əliyevin İtaliya səfəri iki ölkə arasındakı münasibətləri fəallaşdırıb


Prezident İlham Əliyevin müxtəlif platformalarda keçirilən görüşlərdə ölkəmizin mövqeyini dünyaya bəyan etməsi artıq bir ənənəyə çevrilib.
Cənab İlham Əliyevin İtaliyaya səfərə dəvət olunması da Azərbaycan Prezidentinin şəxsiyyətinə, nüfuzuna olan böyük hörmət və etimadın ifadəsidir. Cənab Prezident İtaliyada müzəffər Ali Baş Komandan kimi tanınır və bilirlər ki, o, tarix yazmış şəxsiyyətdir. Bütün bunlar İtaliyanın Azərbaycana olan məlum münasibətini şərtləndirən amillər sırasındadır.
Dövlətimizin başçısının İtaliyanın Çernobbio şəhərində reallaşan beynəlxalq forumda çıxışı zamanı səsləndirdiyi fikirlər də mühüm önəm daşıması ilə diqqət çəkib. Forumdakı çıxışında Prezident İlham Əliyev deyib ki, artan enerji tələbatını ödəmək üçün bizim, əlbəttə, sıx əməkdaşlığa və koordinasiyaya ehtiyacımız var. Azərbaycanın bu məqsədlə Avropa İttifaqı ilə artıq rəsmi olaraq enerji sahəsində dialoqu uğurla davam edir.
Prezidentimizin İtaliyaya səfərində əsas mövzu enerji siyasəti olub. Dövlət başçısı bu məsələ ilə bağlı fikir bildirərkən, diqqəti ölkəmizin enerji təhlükəsizliyi strategiyasının bəzi tarixi məqamlarına yönəldib. Prezident 1994-cü ildə müstəqilliyimizin bərpasından üç il ötəndən sonra dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduğumuzu xatırladıb. “Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq”,-deyə ölkə rəhbəri bildirib.
Ölkə rəhbəri hər iki ölkə arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıqla bağlı geniş məsələləri müzakirə etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, bizim siyasi dialoqumuz olduqca fəaldır və biz ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil edirik. Onlardan biri təhsildir. Bu s;rada Azərbaycanın Romadakı səfirliyinin binasında İtaliya-Azərbaycan Universitetinin yaradılmasına həsr edilmiş gözəl mərasim təşkil olundu. Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır.
Elçin Zeynalov,
Cəlilabad RİH-in əməkdaşı
-
Bayrağı Riad Əhmədovun xanımına Əli Nağıyev təqdim etdi - Video
...
-
Oktyabrın hava proqnozu
...
-
AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Qənirə Paşayevanın vəfatı ilə əlaqədar onun yaxınlarına başsağlığı verib
...
-
Leysan, dolu, 29° isti - Sabahın havası
...
-
Prezident və birinci xanım deputat Qənirə Paşayevanın məzarına əklil göndərib
...
-
Qənirə Paşayeva dəfn olunub
...
-
Qənirə Paşayeva vəfat etdi
...
-
Azərbaycandan Qarabağ ermənilərinə - Çağırış
...
-
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VI Məclisinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə MÜRACİƏTİ
...
-
Sabah da isti olacaq
...