Kürdəmirdə ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib

15:22 06-09-2022 | icon 1816
Kürdəmirdə ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib
Sentyabrın 2-də Kürdəmir rayonunda Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinə qəbul olan məzunlarla görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Görüşdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Elxan İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, həmçinin rayonun digər ictimaiyyət nümayəndələri, idarə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayonu üzrə təhsil sektorunun müdiri Rəfail Məmmədov rayon təhsili haqqında ümumi məlumat verib. Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov isə tələbə adını qazanan bütün məzunları təbrik edərək onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etmələrini arzulayıb. Qeyd edib ki, təhsilə göstərilən dövlət qayğısının nəticəsi olaraq, bu il rayon məzunları Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında ötən illərlə müqayisədə rekord nəticələr göstəriblər. Daha sonra Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, həmçinin direktor və müəllimlər məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzu ediblər.
Sonda yüksək nəticə göstərən məzunlar Fəxri Fərmanla təltif olunub, hədiyyələrlə mükafatlandırılıblar.
 
Kürdəmirdə ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib.

Digər xəbərlər

0.23702001571655