Hacıqabul rayonunda yüksək balla ali təhsil müəssisələrinə qəbul olan tələbələrlə görüş keçirilib


03 sentyabr 2022-ci il tarixində Hacıqabul Rayon İcra Hakimiyyətində rayon təhsil müəssisələrinin 2021-2022-ci tədris ilində qazandığı uğurlar müzakirə edilib və yüksək balla ali təhsil müəssisələrinə qəbul olan tələbələrlə görüş keçirilib.
Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov görüşdə çıxış edərək tələbə adını qazanan gəncləri təbrik etmiş, onlara təhsildə və gələcək həyatlarında uğurlar arzulamış, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə etmişdir. Ölkə başçısı cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafını həmişə diqqətdə saxladığı və bu istiqamətdə mühüm tədbirlər həyata keçirdiyi vurğulanmışdır.
Tələbələrlə səmimi söhbət edən rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov bir daha təbriklərini çatdıraraq təhsillərinin növbəti mərhələsində onlara müvəffəqiyyətlər arzuladı, ümidvar olduğunu bildirdi ki, ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisi naminə görülən işlərə öz layiqli töhfələrini verəcəklər.
2022-ci ildə Hacıqabul rayon ümumtəhsil məktəblərinin 11-ci sinfi bitirən 461 nəfər məzundan 288 nəfəri ali məktəblərə sənəd vermiş, 199 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Qəbul olunanlardan imtahanlarda 32 nəfəri 500 baldan çox, 7 nəfəri isə 600 baldan çox nəticə göstərmişdir.
Bundan başqa 3 nəfər xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Əvvəlki il məzunlarından isə cari ildə 18 nəfəri tələbə adını qazanmışdır.
Görüşdə təhsildə fərqlənmiş, qəbul imtahanlarında 600 baldan yuxarı nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş bir neçə məzun mükafatlandırılmışdır.
Tədbirin sonunda məzunlarla xatirə şəkli çəkdirildi.
-
Qənirə Paşayeva vəfat etdi
...
-
Azərbaycandan Qarabağ ermənilərinə - Çağırış
...
-
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VI Məclisinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə MÜRACİƏTİ
...
-
Sabah da isti olacaq
...
-
Qənirə Paşayevanın son vəziyyəti açıqlandı
...
-
Əsədov Vüqar Habil oğlunun cəsədinin qalıqları 30 ildən sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gətirilib
...
-
AHİK-in VI Məclisi keçirilib
...
-
Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər
…
-
Anım günü iftixar hisslərinin səbəbidir
…
-
Abşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
...