Firəngiz Rəhimbəyova ABŞ-da dəfn olundu
Avqustun 15-də ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində ürəktutmadan vəfat edən azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyova dəfn edilib.
Sənətçi Kaliforniyanın “Valley Oaks Memorial Park” məzarlığında dəfn olunub.
Qeyd edək ki, Firəngiz Rəhimbəyova ölümündən bir neçə gün əvvəl 62-ci yaşını qeyd edib.
F.Rəhimbəyova 1958-ci ilin avqust 5-i Bakıda anadan olub. “Bəxt üzüyü” filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. 2017-ci ildə Əməkdar artist Tahir İmanovun dəvəti ilə Bakıya gələrək “Bəxt üzüyü - 2” filmində yenidən Sevda roluna çəkilib.
-
"Leyli və Məcnun" yeni repertuarda
...
-
Uzun Həsənə həsr olunan nadir eksponatlar Heydər Əliyev Mərkəzinə gətirilir - Video
...
-
Ölkəmizdə ilk dəfə Musiqi Forumu keçiriləcək
...
-
Azərbaycan filmi Avropa festivalında - Video
...
-
Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filmi təqdim olunub - Video
...
-
Altı ölkənin nazirləri Şuşada görüşəcək
...
-
Musiqili Teatrın aktyorları daha bir beynəlxalq tədbirdə uğurla iştirak etdilər
...
-
Ərdoğan Naxçıvanda Hüseyn Cavidin şeirini səsləndirdi - Video
...
-
Emil Rəhmanov dünyasını dəyişdi
...
-
Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı oldu - Fotolar
...