DTX və DSX əməliyyat keçirdi
İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sentyabrın 4-də Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək, havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sərhəd pozucusu ərazidən uzaqlaşmağa cəhd göstərib. Dərhal xidməti ərazi qapadılıb, pilotsuz uçuş aparatı və xidməti itlərdə cəlb edilməklə sərhəd axtarışına başlanılıb.
Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilən tədbirlər nəticəsində sərhəd pozucusunun gizləndiyi yer müəyyən edilərək saxlanılıb.
Saxlanılan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş 1981-ci il təvəllüdlü Şükürov Əfqan İmamverdi oğlu olması müəyyən edilib, əlindəki bağlamaya baxış zamanı təxmini çəkisi 6 kq 108 qram narkotik vasitəyə bənzər maddələr (6 kiloqram 100 qram “marixuana”, 8 qram “metamfetamin”) və 10 ədəd psixotrop tərkibli həblər (“metadon-40”) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
-
Samir Salam saxlanıldı
...
-
Maştağanın əsas narkotaciri tutuldu - Video
...
-
DTX metroda terror olacağına dair səs yayan şəxsi saxladı
...
-
Həmin gün “Bravo”da ələ keçirilən pulun məbləği məlum oldu
...
-
Nərimanovda aparatdan 29 min manat oğurlandı - Kameraya düşdü
...
-
Hipermarketə silahlı basqının anbaan görüntüsü - Video
...
-
Rəşad Dağlının həbs müddəti uzadıldı
...
-
“Bravo”da silahlı insident, ölən və yaralanan var - Video
...
-
Hacı Şahinin ölümü prokurorluqda araşdırılır - Rəsmi
...
-
Rəşad Dağlı ilə bağlı nə qərar olacaq?
...