Sərbəst güləş üzrə millimizin DÇ üçün heyəti bəlli oldu


Sentyabrın 10-dan 18-dək Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçiriləcək. Mundialın son günlərində sərbəst güləş üzrə millimiz mübarizəyə qoşulacaq.
Bu gün Olimpiya Güləş Mərkəzində yığma komandanın üzvləriylə görüş keçirilib.
Dünya çempionatında baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Coşqun Əzimov (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Aydın Əhmədov (125 kq) ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, sentyabrın 14-də sərbəst güləş üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün Coşqun, Əşrəf, Abubakr və Aydın yarışa start verəcək. Ayın 16-da Əliabbas, Turan və Osman, ayın 17-də isə İslam, Hacı və Maqomedxan xalça üzərinə çıxacaq.
-
Qubada Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə idman jurnalistləri üçün təşkil olunmuş təlim başa çatıb
...
-
“Qarabağ” “Sumqayıt”ı darmadağın etdi
...
-
“Qarabağ” bu gün “Sumqayıt”ı qəbul edəcək
...
-
Basketbol Liqasında çıxış edəcək son iki klubun adı açıqlandı
...
-
AFFA Qurban Qurbanovu cəzalandırdı
...
-
Millimiz qalib gəldi
...
-
2024-cü ildə UEFA Superkubokuna evsahibliyi edəcək ölkə açıqlanıb
...
-
“Neftçi”də struktur dəyişikliyi oldu
...
-
İdman.biz saytının təqdimatı keçirilib - VİDEO - FOTO
...
-
“Qarabağ”ın oyununun yeri dəyişdirildi
...