Akademik Musiqili Teatr 113-cü mövsümünü Şuşada açacaq
Sentyabrın 18-dən 24-dək Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi
Festivalı keçiriləcək.
Hər il təşkil olunan ənənəvi festival çərçivəsində Azərbaycan Dövlət
Akademik Musiqili Teatrı da böyük uğurla iştirak edir.
Bu dəfə isə teatrın tarixində ilk olaraq mövsümün açılışı Şuşa şəhərində
olacaq. Dahi Üzeyir Hacıbəylinin əsərləri bu dəfə “Şuşadan dünyaya yayılan
musiqi” layihəsində gerçəkləşəcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin
ölkəmizdə “Şuşa İli” elan edilməsi ilə əlaqədar Musiqili Teatr ötən mövsümdə də
silsilə layihələr həyata keçirib.
Şuşada açıq səma altında dahi bəstəkarın “Arşın mal alan”, “Ər və arvad”,
“O olmasın, bu olsun” musiqili komediyalarından parçaları Xalq artisti İlham
Namiq Kamal, Əməkdar artistlər Naidə Orucova, Nərgiz Kərimova, Əzizağa
Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə, Şövqi Hüseynov, Fərid Əliyev, aktyorlar
Gülcahan Salamova, Ülviyyə Əliyeva, Aydan Həsənova, Mehriban Zaliyeva,
Səmədzadə Xasiyev, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və
başqaları təqdim edəcəklər.
Qeyd edək ki, Musiqili Teatr beynəlxalq festival çərçivəsində sentyabrın 22-
də Gəncədə "O olmasın, bu olsun” tamaşasını nümayiş etdirəcək.
Teatrın stasionarda çıxışları isə 24 sentyabrdan başlayacaq.
-
Yaşa ölçülməməli ömür sürməliydilər - AÇIQLAMA
...
-
Son mogikan haqqında dedilər...
...
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərib
...
-
Dövlət Turizm Agentliyi: Tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir
...
-
Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib - Fotolar
...
-
Yalçın Adıgözəlov Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri təyin olunub
...
-
Biz də sizinləyik! - FOTOLAR
...
-
Yuli Qusmana “Şərəf” ordeni təqdim edilib - Fotolar
...
-
Məşhur serialda ləvəngidən danışıldı - Video
...
-
Akademik Musiqili Teatrın kollektivi Ulu Öndərin məzarını ziyarət edib
...