AHİK sədri Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçilib

20:33 07-09-2022 | icon 956
AHİK sədri Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçilib

Sentyabrın 7-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində
Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) 9-cu Qurultayı
keçirilib.
Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri,
Milli Məclisin deputatı Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçilib.
Qeyd edək ki, ÜHİK MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və
23 beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirir. AHİK 2004-cü
ildən bu təşkilatın üzvüdür.
Qurultay haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.


Digər xəbərlər

0.27612400054932