Bu gün “Frayburq” - “Qarabağ” matçı var

08:34 08-09-2022 | icon 785
Bu gün “Frayburq” - “Qarabağ” matçı var

Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

Azərbaycan çempionu “Qarabağ” ilk matçını səfərdə keçirəcək.

 

G qrupunda mübarizə aparan Qurban Qurbanovun komandası Almaniyada “Frayburq”un qonağı olacaq. “Volfsvinkel” stadionunda keçiriləcək qarşılaşma saat 23:00-da start götürəcək.

Qeyd edək ki, qrupun digər oyununda Fransa “Nant”ı Yunanıstan çempionu “Olimpiakos”u qəbul edəcək.

Avropa Liqası
I tur, G qrupu
8 sentyabr

23:00. “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Erik Lambrexts (Belçika)
Frayburq. “Volfsvinkel” stadionu


Digər xəbərlər

0.23510384559631