Qaradağda kapitan Rəşad Abdullayevin doğum günü qeyd olundu - Fotolar

11:05 15-09-2022 | icon 1119
Qaradağda kapitan Rəşad Abdullayevin doğum günü qeyd olundu - Fotolar

Vətən Müharibəsi Qəhrəmanı kapitan Abdullayev Rəşad Arif oğlunun doğum günü Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən qeyd edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə kapitan Rəşad Abdullayevə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən, Vətən Müharibəsi Qəhrəmanı adı verilib.

 
 

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  “Dəmir Yumruq” hərbi əməliyyatlarını başlamasından sonra Murovdağ  silsiləsində yerləşən Murov zirvəsinin işğaldan azad edilməsi üçün aparılan hərbi əməliyyatlar Vətən müharibəsi zamanı baş verən ən şiddətli və strateji baxımdan ən önəmli əsas döyüşlərindən biridir. Murovdağ döyüşləri nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları düşmənə böyük zərbə vuraraq qəhrəmancasına şəhid olublar.

Döyüş tapşırığını yerinə yetirən zaman qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizdən biri də Müdafiə Nazirliyinin Xüsusi Təyinantlı Qüvvələrinin zabiti, kapitan Abdullayev Rəşad Arif oğludur. Kapitan Rəşad Abdullayev 1988-ci ilin sentyabrın 14-ü Cəlilabad rayonunda anadan olub. Qarabağın azad olunması uğrunda aparılan 44 günlük Vətən müharibəsi zamanı 2020-ci ilin sentyabrın 29- Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olub və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

2021-ci ilin mayın 16-da Qaradağ rayonu Lökbatan qəsəbəsində 1500 metr məsafəsi olan küçə şəhid, Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin adına əbədiləşdirilib. Küçə əsaslı təmir edilib və küçənin başlanğıc hissəsində şəhidin barelyef abidəsi quraşdırılıb.

Cari ilin sentyabrın 14-ü şəhidin doğum günü ilə əlaqədar barelyef abidəsi Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, RİH-in vəzifəli şəxsləri, idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və I Qarabağ müharibəsi əlillərinin iştirakı ilə ziyarət edilib, abidənin önünə gül çələngi qoyulub, şəhidin ruhu anılıb.

 

 



Digər xəbərlər

0.26670813560486