DSX şəhidlərlə bağlı başsağlığı verdi
Dövlət Sərhəd Xidməti erməni təxribatları ilə bağlı açıqlama yayıb.
Məlumatda deyilir:
“Sentyabrın 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissələrində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarlarının qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən düşmənə ağır sarsıdıcı zərbələr endirilib və atəş nöqtələri zərərsizləşdirilib. Şəxsi heyət və hərbi texnika baxımından coxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.
Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin ərazisinə və suverenliyinə qarşı təhdininin qarşısının alınması zamanı Dövlət Səhəd Xidmətinin adları qeyd olunan hərbi qulluqçuları şəxsi igidlik və şücaət göstərib, düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olublar:
kapitan Mehbalı Fərid Kəmaləddin oğlu;
baş gizir Məmmədov Azər Mustafa oğlu;
baş gizir Məmmədov Nahid Hüseynağa oğlu;
kiçik gizir Nəsirov Ülvü Əsədulla oğlu;
kiçik gizir Rüstəmov Fərid Nofəl oğlu;
kiçik gizir Babazadə Elşən Sahib oğlu;
baş çavuş Rəhimov Təbriz Rəhim oğlu;
baş çavuş Sadıxov Şəmistan Əbdülağa oğlu.
Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...