Ərəb turistlərə ŞOK - QƏBƏLƏDƏ

13:25 29-03-2017 | icon 6251
Ərəb turistlərə ŞOK - QƏBƏLƏDƏ

Son illər Azərbaycanda turizmin inkişafı istiqamətində dövlət bir çox uğurlu layihələr həyata keçirib. Ancaq bununla belə bəzi özəl restoran və əyləncə mərkəzləri şəxsi mənfəətləri naminə ölkəyə gələn turisləri sözün əsl mənasında ölkədən didərgin salırlar.

Ölkəyə gələn turistlərə restoran, otel və istirahət mərkəzlərində təklif olunan xidmətdən dəfələrlə baha qiymətlərin tələb olunması sonucda həmin turistlərin ölkədən narazı getməsinə səbəb olur. Bu cür hallar dövlətimizin büdcəsinə ziyan vurmaqdan əlavə, həm də xalqımızın mənfi imicini formalaşdırır. Bu kimi neqativ hallar dəfələrlə rəsmilər tərəfindən də gündəmə gətirilsə də, hələ ki, ciddi tədbirlər həyata keçirilməyib. Qlobal.az-a turist qrupundan xəbər veriblər ki, belə biabırçı durumun biri də bu gün günorta saatlarında Qəbələ şəhərində yerləşən “Qədim Qəbələ” restoranında baş verib. Belə ki, Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə istirahətə gələn 15 nəfərlik qrup bu gün Qəbələ şəhərinə gediblər. Qrupda 9-u böyük, 6-sı kiçik olmaqla “Qədim Qəbələ” restoranında nahar ediblər. Nahardan sonra hesab təqdim olunanda isə ərəb turistlər əsl şok yaşayıblar. 15 nəfərin bir öynə yeməyi 620 manat edib. Qrup rəhbərinin məlumatına görə, göy-göyərti və digər salatları restoran 120 manata qiymətləndirib. Saytın verdiyi məlumata görə bu restoranda ümumi məbləğin 10 faizi də ofisiantlara xidmət haqqı kimi ödənilir.

 

 


Digər xəbərlər

0.24561595916748