Ermənistanın revanşist hərəkətlərinə son qoyulmalıdır

13:39 16-09-2022 | icon 205
Ermənistanın revanşist hərəkətlərinə son qoyulmalıdır

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Görünən budur ki, Ermənistan sülh prosesində maraqlı olmadığını nümayiş etdirir. Azərbaycanın Ermənistanın bu təxribatlarına cavab tədbirləri həyata keçirdiyini və baş vermiş təxribatlara görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü yaxşı bilirik və bu sahədə Ali Baş Komandan İlham Əliyevin fəaliyyətini tamamilə dəstəkləyirik.

İkinci Qarabağ müharibəsi yalnız Ermənistanın hərbi müstəvidə darmadağın edilməsi ilə nəticələnmədi. Azərbaycan bu qələbəsi ilə saxta erməni miflərini alt-üst etdi, dünya erməniliyinin onilliklər boyu bəşəriyyətə təqdim etdiyi stereotiplərin yalan olduğunu göstərdi. Bu baxımdan 44 günlük müharibə erməni cəmiyyətinin dirçəlişi mümkün olmayan mənəvi çöküşü kimi də yadda qaldı.

         Bundan əlavə, 44 günlük müharibə dövründə Ermənistanın 30 ilə yaxın davam etmiş işğalından azad edilən regionlarda aparılan genişmiqyaslı  bərpa-quruculuq işlərinə kölgə salmağa çalışır, bununla da regionun gələcək inkişafına mane olur. Ölkəmiz artıq ermənilər tərəfindən yerlə-yeksan edilmiş Füzulidə qısa müddətdə birinci beynəlxalq hava limanını istifadəyə verdi. Artıq ikinci beynəlxalq hava limanının uçuşenmə zolağı fəaliyyət göstərir və tezliklə hava limanının açılışı olacaqdır. Elektrik stansiyaları, elektrik xətləri, yollar, körpülər, tunellər, dəmir yollarının inşası sürətlə aparılır. Azərbaycan regionu tez bir zamanda məskunlaşdırmaqda, həmçinin özünü Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin tezliklə icrasında maraqlıdır. Bu istiqamətdə müzakirələrdən boyun qaçırması, öhdəliklərini yerinə yetirməməsi, üçtərəfli razılaşmaların tələb etdiyi prosesləri ləngitməsi İrəvanın sülh prosesinə destruktiv yanaşması olacaq.  Bu cür gedişat isə Ermənistan üçün yaxşı heç nə vəd etmir. “Sülh” ali və ümumbəşəri dəyər olduğu üçün beynəlxalq təşkilatlar, habelə beynəlxalq ictimaiyyət rəsmi İrəvanını sülhə çağırmalıdır.

Rahib Kərimov,

Cəlilabad rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru


Digər xəbərlər

0.21205496788025