Premyer Liqada 7-ci tura start verilir

13:45 16-09-2022 | icon 1276
Premyer Liqada 7-ci tura start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.

Ilk oyun günündə 2 görüş keçiriləcək.

Günün ilk matçında "Sabah" "Turan Tovuz"u qəbul edəcək. Günün digər matçında isə "Neftçi" "Səbail"in qonağı olacaq.

16 sentyabr

18:00. "Sabah" - "Turan Tovuz"
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Kamran Bayramov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Zöhrab Qədiyev
"Bank Respublika Arena".

20:30. “Səbail” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
VAR: İnqilab Məmmədov
AVAR: Tural Qurbanov
Hakim-inspektor: Feyzulla Feyzullayev
“ASCO Arena”.

Qeyd edək ki, sentyabrın 17-də "Qəbələ" - "Sumqayıt" oyunu, bir gün sonra isə "Kəpəz" - "Şamaxı" və "Zirə" - "Qarabağ" matçları baş tutacaq.


Digər xəbərlər

0.30276298522949