Səttar Möhbalıyev: “Terrorizm, ekstremizm və separatizm ilə mübarizə kimi ŞƏT-nin məqsədləri arasında yer alan məqamlar ölkəmiz üçün əhəmiyyətlidir”

10:44 19-09-2022 | icon 1143
Səttar Möhbalıyev: “Terrorizm, ekstremizm və separatizm ilə mübarizə kimi ŞƏT-nin məqsədləri arasında yer alan məqamlar ölkəmiz üçün əhəmiyyətlidir”

“Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyən olunmuş
Azərbaycanın uğurlu xarici siyasi strategiyası ölkəmizin beynəlxalq münasibətlər
sistemində mövqelərini artırıb, dünya miqyasında böyük söz sahibinə çevirib.
Mövzunun nə olmasından asılı olmayaraq, istənilən regional və beynəlxalq
müzakirələrdə Prezidentimiz ön sıralarda yer alır, onun baş verən proseslərə baxışı
və münasibəti diqqətlə izlənilir. Cənab İlham Əliyevin beynəlxalq münasibətləri
həm nəzəri, həm də praktik səviyyədə peşəkarcasına bilməsi, dərin analitik
təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi baxışlara malik oması imkan verir
ki, bütün beynəlxalq platformalarda dövlətimizin maraqlarını yüksək səviyyədə
təmin etsin. Bu baxımdan dövlətimizin başçısı beynəlxalq və regional təşkilatların,
əhəmiyyətli toplantıların kürsüsündən böyük ustalıqla yararlanaraq hər mövzuda
ölkəmizin mənafeyini ləyaqətlə təmsil edir və ölkəmizi söz sahibinə çevirib. Ərazi
və əhali baxımından dünyanın ən böyük ölkələrindən bir neçəsini özündə
birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi nüfuzlu regional təsisatın
Zirvə görüşünə Prezident İlham Əliyevin dəvət olunması, aparılan müzakirələrdə
fikirlərinin öyrənilməsi və dəstəklənməsi dediklərimizin əyani təsdiqi, həmçinin
onun şəxsiyyətinə olan dərin hörmət və ehtiramın əlamətidir.

Bu fikirləri KİV-yə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, ŞƏT-də dialoq tərəfdaşı statusuna malik olan Azərbaycanın
bu təşkilatla dərinləşən və genişlənən münasibətləri ölkəmizin maraqlarına tam
cavab verir: “ŞƏT-nin məqsədləri arasında yer alan terrorizm, ekstremizm və
separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı kimi

məqamlar ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanın bütün sahələri əhatə edən hərtərəfli inkişafı, regionun
lider dövlətinə çevirilməsi, həmçinin əlverişli təbii-coğrafi movqeyidə yerləşməsi
ölkəmizin bu təşkilat üçün də əhəmiyyətini artırır. Tədbirdə çıxışı zamanı
Prezidentimiz Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları, Şərq-Qərb və
Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə göstərdiyi dəstək, həmçinin
perspektivlər barədə məlumat verdi. Qürurverici haldır ki, Azərbaycan Xəzər
dənizində ən böyük mülki yük donanmasına sahibdir, 18 təyyarə ilə regionda ən
böyük mülki hava yük donanmalarından birinə malikdir. Qeyd olunan bu
məqamlar ölkəmizin dinamik inkişafının uğurlu davamıdır”.

“Dövlətimizin başçısı Zəngəzur dəhlizinin əhəmiyyətini iştirakçı dövlətlərin
diqqətinə çatdırdı. Təbii ki, dəhlizin açılması ŞƏT-də təmsil olunan ölkələr, eləcə
də bu yolun üzərindəki bütün dövlətlər üçün səmərəli olacaq. Təbii ki, Ermənistan
tərəfinin də bunu anlaması vacibdir. Amma bu dövlətin son zamanlar ard-arda
törətdiyi hərbi təxribatlar deməyə əsas verir ki, Ermənistan hələ də movcud
reallıqlardan qaçmağa çalışır. Sozsüz ki, onların bu kimi çirkin niyyətləri baş
tutmayacaq. Çünki diktə edən tərəf qalib ölkədir. Yeri gəlmişkən, Zirvə görüşündə
dövlətimizin başçısı sentyabrın 13-də dövlət sərhədində Ermənistanın hərbi
təxribatlarını qeyd etdi və bu tribuna vasitəsilə əsl həqiqəti dünya ictimaiyyətinə
çatdırdı. Görünür, təxribatçı dövlət münasibətlərin normallaşmasında, sülh
danışıqlarının aparılmasında maraqlı deyil, təcavüzkar xislətindən əl çəkmək
istəmir. Bu cür əməllər Ermənistanın, onsuz da, ağır olan vəziyyətini daha da
gərginləşdirməkdədir. Qarabağ münaqişəsini parlaq qələbə ilə başa çatdıran
müzəffər Ali Baş Komandan dəfələrlə bəyan etmişdir ki, “Dəmir yumruq”
yerindədir. Ermənistan tərəfinin istənilən hərbi təxribatına layiqli cavab veriləcək.
Son hadisələr bunu bir daha göstərdi. Təcavüzkar dövlət bundan dərs çıxarmalı, bu
kimi təxribatlardan çəkinməlidir. Çünki başlarına enəcək yumruğun gücünə
bələddirlər”, - Milli Məclisin deputatı bildirib.

“Sammit çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi ikitərəfli görüşləri,
apardığı danışıqları ölkəmiz üçün əhəmiyyətli hesab edirəm. İlk növbədə,
ölkəmizin suverenliyi, ərazi bütövlüyü dəstəkləndi, Ermənistanın normallaşma
prosesini əngəlləyən əməlləri dost və qardaş ölkələrin diqqətinə çatdırıldı və onlar
tərəfindən pislənildi”, - AHİK sədri vurğulayıb.


Digər xəbərlər

0.31458616256714