13 sentyabr təxribatı

20:37 19-09-2022 | icon 792
13 sentyabr təxribatı

Sentyabr ayının 12-si və13-ü bildiyimiz kimi mənfur düşmən yenə təxribat törətdi,
özü də irimiqyaslı. Təxribatın qarşısı Şanlı Ordumuz tərəfindən alındı və "Qətiyyətli
cavab" əməliyyatı ilə düşmən darmadağın edildi. Müzəffər Ali baş komandanın rəhbərliyi
ilə bir daha ordumuz tərəfindən "dəmir yumruq" düşmənin başına endirildi. Müdafiə
Nazirliyinin məlumatlarına əsasən düşmənin 53 döyüş mövqeyi ələ keçirildi, 8
istiqamətdə ordumuz xeyli irəliləyib, strateji mövqeləri ələ keçirdi,düşmənin çoxsaylı
canlı qüvvəsini və döyüş texnikasını məhv etdi. Ürəyimiz yenə qürur hissi ilə çırpındı.
Təbii ki, döyüş itkisiz olmur. 71 nəfər Azərbaycan övladı vətən uğrunda döyüş tapşırığını
icra edərkən Şəhadətə ucaldı. Tanrıdan Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa
diləyirik.
Neyləmək olar, dünya belədir. Torpaq, uğrunda ölən varsa vətəndir! Məsələnin digər
bir tərəfi isə odur ki, başlarının bu qədər əzilməsinə baxmayaraq sülhə gəlmək istəmir,
təxribatlar törədirlər. Burada bir çox nüanslar var. Dünyada mövcud olan ikili standartlar
beynəlxalq sülhün təmin olunmasında ən böyük maneələrdən biridir. Digər tərəfdən
yerləşdiyimiz region tarixən maraqların toqquşduğu bir bölgədir. Beynəlxalq arenada
Azərbaycanın mövqeyini ortaya qoymaq, dünyanin böyük dövlətləri arasında
balanslaşdırılmış siyasi kurs sərgiləmək heç də asan məsələ deyil. Dövlət başçısı İlham
Əliyev bütün bu baryerləri aşmağa nail oldu. Bu siyasətin nəticəsi idi ki, Vətən
müharibəsində bir çox güclər neytrallaşdirildi. Amma təəssüf ki, hələ də xarici
havadarlarından dəstək alan, böyük Ermənistan xülyası ilə beyinləri zəhərlənmiş hay
sürüsü öz niyyətlərindən əl çəkmək istəmir. Azərbaycan rəhbərliyinin uzun illər apardigı
sulhyonumlu siyasətin əksinə olaraq, Ermənistan həmişə konstruktiv danışıqları
pozmağa və təxribatlar törətməyə davam edib. 
  Amma zaman artıq 30 il əvvəlki zaman deyil, Aprel döyüşləri, Gunnut doyüşü, Vətən
muharibəsi, nəhayət son hadisələr göstərdi ki, Azərbaycan öz haqq işində qətiyyətlidir,
havadarlarının kim olmasından asılı olmayaraq düşməni məhv etməyə qadirdir. Əminik
ki, düşmən bir daha təxribata əl atarsa yerindəcə məhv ediləcək. 
Yaşasın Azərbaycan!
Var olsun Ordumuz!
Qarabağ Azərbaycandır!
Həsənov Tapdıq
Saatlı rayon Nərimankənd tam orta məktəbin Tarix müəllimi


Digər xəbərlər

0.22200202941895