Eldar Quliyev - Şəxsiyyət meyarı və vətəndaş amalı ilə

02:11 21-09-2022 | icon 347
Eldar Quliyev - Şəxsiyyət meyarı və vətəndaş amalı ilə

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azərittifaq"ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev bu gün gördüyü işlərlə vətənə məhəbbət hisslərinə ləyaqətlə sahib çıxaraq dövlət və dövlətçiliyə sədaqətlə var gücü ilə xidmət edir

Heç də uzaq olmayan tarixi keçmişimizdə – Sovetlər dönə­min­də çox zaman insanlara şəxsi key­fiyyətlərinə, el-oba ara­sında qa­zan­­dığı hörmətə görə yox, sa­dəcə olaraq tərcümeyi-hal göstə­ri­ci­lə­ri­nə görə qiymət verirdilər. Yəni filankəs filan yerdə təhsil alıb, fi­lan vəzifədə çalışıb. Kimisə bir rəhbər vəzifəyə təyin edəndə də ilk növbədə bu göstəricilər əsas götürülürdü. Amma atalar nahaq­dan deməyib ki, elin gözü tərəzədir. Eldə-obada adama tutduğu vəzifəyə görə yox, insanlığına, el adamı olmasına görə hörmət edirlər. Vəzifəni gəldi-gedər, insanlığı, xeyirxahlığı isə əbədi, heç zaman unudulmayan kimi dəyərləndiriblər. Vəzifəni məq­səd yox, elinə-obasına daha çox xeyir vermək üçün bir vasitə hesab edənlər isə vəzifə adamı ol­maqdan çox el adamı olmağa çalışıblar, bundan qürur duyub­lar. Çünki yaxşı biliblər ki, insanı yaşadan onun əməlləridir.

Dövlətin, xalqın etibar et­diyi vəzifə ilə el-oba qarşısındakı məsuliyyəti uğurla uzlaşdırıb böyük hörmət və nüfuz qazanan insanlar çox olub. Belə insanlardan söz düşəndə yadıma ilk düşənlərdən biri də Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azərittifaq"ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyevdir.

O, əsl xalqa xidmət nümunəsi olan Ulu Ondər Heydər Əliyev və onun siyasi irsini ləyaqətlə davam və inkişaf etdirən Prezident Cənab İlham Əliyevin yürütdüyü siyasətə xidmət edir və Dövlət başçısının göstərdiyi nümunəvi idarəçiliyi, ona göstərilən yüksək etimada layiq olmağa çalışır.

El hörməti qazanıb, çünki düz olub ilqarı, düz olub andı. Heç kəsi özündən incik salmır, eli-obası yolunda şam kimi yanır. Ömür yollarında dolub boşalsa da, həyat­da amalı yalnız halallıqdır. Elə buna görə də başıuca, alnıaçıq yaşayır. Xalqın gözündə ucalıb.

Mənalı bir ömür yaşayan, taleyini dogma elinin iqtisadi yük­sə­lişinə, mənəvi yetkinliyinə həsr edən Eldar müəllimin əməyi həm eldə-obada, həm də dövlət tərəfindən yüksək qiymətləndirilib.

Bu gün deputatı olduğu Sabunçu sakinləri onu bir el ağsaqqalı kimi qəbul edir, sözünü eşidir, dəyərli məsləhətlərinə əməl edirlər.

Rəhbərlik etdiyi Azərbaycan Kooperasiya Universiteti ali təhsilin bütün səviyyələri üzrə geniş profilli mütəxəssislər hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatları aparan çoxprofilli aparıcı qeyri-dövlət ali təhsil müəssisəsidir.

Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Eldar Quliyevin uğurlarını görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar.

Bir elin, obanın təəssübünü çəkən fədəkar bir insan kimi tanıdığımız Eldar Quliyev haqqında bəzən bədhaqları tərəfindən yayılan yazılara cavab olaraq gerçək olanı deyək:

Bəli, Eldar Quliyev təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında?

Adamın saf, təmiz qəlbi var. Xalqına, el-obasına bu qədər baglılığı, ehtiyacı olanlara “Əl tutmaq Əlidən qalıb” deyə əl tutması, simsar olması həndəsi silsilə ilə artan bir sərvətdir. Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya saysız-hesabsız xeyirxah əməllərini də artırsaq (bunların da ümumi çəkisi həmin böhtançı “mirzə”lərdən ağır olar yəqin ki…) onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda “Eldar Quliyevin böyük, tükənməz bir xəzinəsi var”-deyib, sizsə hər şeyi baş-ayaq anlamısız…


Digər xəbərlər

0.36658787727356