“Neftçi” və PFL rəhbərliyi görüşdü - Foto
"Neftçi" və Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi arasında görüş keçirilib.
"Ağ-qaralar"ın inzibati binasında təşkil olunan görüşdə paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, idman direktoru Zaur Əzizov, əsas komandanın baş meneceri Qədir Həsənov, PFL-in prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov, həmçinin media və marketinq direktoru Sənan Abdullayev iştirak ediblər.
PFL rəhbəri görüşdə əsas məqsədin klubları narahat edən məqamlara vaxtında müdaxilə etmək olduğunu bildirib.
K.Quliyev isə öz növbəsində E.Səmədovu Peşəkar Futbol Liqasının prezidenti seçilməsi münasibətilə bir daha təbrik edərək, ona heyəti ilə birlikdə uğurlar arzulayıb.
Sonra Azərbaycan futbolunun hazırkı durumu və planlar barədə müzakirələr aparılıb.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...