Göyçay Mərkəzi Rayon Xəstəxanası barədə böhtan yazanların məqsədi nədir?

11:19 21-09-2022 | icon 166
Göyçay Mərkəzi Rayon Xəstəxanası barədə böhtan yazanların məqsədi nədir?

Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər səhiyyə sistemində uğurlu islahatlar aparılmış, tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür.

“Göyçay Mərkəzi Rayon Xəstəxanası” Publik Hüquqi Şəxsi də belə nümunəvi tibb müəsəssidir. Burada göstərilən tibbi xidmət buna bariz nümunədir. Azərbaycan prezidentinin bölgələrdəki tibb müəssisələrində yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, burada də yenidənqurma işləri həyata keçirildi, ən müasir tibbi avadanlığı ilə təchiz olundu. Görülən işlər nəticəsində burada da xəstələrin yüksək səviyyədə müalicəsi, həkim və tibb işçisinin fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Yaşar Əhmədov buraya direktor təyin olunandan, burada ilk olaraq sağlam mühit yaradıb. Əmək intizamına ciddi əməl olunur.

Bütün bu işlər direktorun təşəbbüsü ilə həyata keçirilib. Bunları biz də gözlərimizlə görmüşük. Buna görə direktora, baş həkimə, təşəkkür edənlərin çox şahidi olmuşuq. 

Ölkəmizdə və bütün dünyada böyük fəsadlar yaratmış, xeyli sayda can almış Covid-19 virusuyla mübarizənin ilk günündən Göyçay Rayon Mərkəzi Xəstəxanası da əhalimizin keşiyində sayıqlıqla dayanıb.

İstər xəstələrin müalicəsi, istər ərazilərin dezinfeksiya olunması, istərsə də vaksinlərin vurulmasını yüksək səviyyədə həyata keçirən həkimlərimizin əməyini danmaq olmaz.

Mərkəzi xəstəxananın qüsursuz fəaliyyətində şübhəsiz ki, direktor Yaşar Əhmədovun xidmətləri böyükdür.

O, daima ona müraciət edən xəstələri diqqət və qayğı ilə dinləyib onlara əlindən gələn köməyi edir. Pandemiya dövründə xəstələrə daha çox diqqət və qayğı ayırır.

Xəstəxanada və insanların sıx olduğu ərazilərdə dezinfeksiya işlərinin aparılması, vaksinlərin vurulması,vətəndaşlara yüksək xidmət məhz onun əməyinin bəhrəsidir.

Mərkəzi xəstəxananın bu çətin dönəmdə fəaliyyəti təkcə dezinfeksiya işləri və Covid- 19-a yoluxmuş vətəndaşlara xidmətlə yekunlaşmır.

Xəstəxanada bütün xəstələrə həkim və digər tibb işçiləri tərəfindən yüksək xidmət göstərilir. Qeydiyyatda olan xəstələrə dövlət tərəfindən ayrılmış dərmanlar vaxtlı vaxtında verilir.


Bu yaxınlarda yenə də yolumu xəstəxanaya saldım. Həkimlər iş başında idilər. Hər tərəfdə təmizlik, səliqə-səhman göz oxşayırdı. Gün ərzində bir neçə xəstə yaxını ilə söhbət etdim, onlara göstərilən tibbi xidmətin səviyyəsi ilə, hər hansı neqativ hallarla rast gəlib-gəlmədikləri ilə maraqlandım. Həmsöhbətlərim çox səmimi cavab verdilər. Qeyd etdilər ki, xəstəxananın tibb bacılarından, bütün həkimlərdən çox razıyıq. Həkimlərimz düzgün müayinə-müalicə aparır, tövsiyələrini bizdən əsirgəmirlər. Baş həkimdən, şöbə müdirlərindən çoz razıyıq. Onlara öz təşəkkürümüzü bildiririk. Onu da əlavə etdilər ki, xoşagəlməz hərəkətləri burada heç zaman müşahidə etməmişlər. 

P.S. Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Yaşar Əhəmdovun uğurlarını görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar. Amma bunlar əsassız məlumatlardır. Əslində Yaşar həkim haqqında yazılanlara təəccüblənmirik. Çünki onun gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.

Qeyd edək ki, son günlər bəzi internet saytlarında “Göyçay Mərkəzi Rayon Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru  ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Məlumatların hardan qaynaqlandığını da bilirik və tam məsuliyyətlə qeyd edirik ki, yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından xəstəxanın kollektivi bu qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və öz iradlarını bildirirlər. 

Yaşar Əhəmdov haqda bu böhtan xarakterli yazılar bizdə yalnız təəssüf doğurur. Bu məqalələrdə göstərilənlər direktorun işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Yazıda göstərilənlərdən fərqli olaraq, onun fəaliyyəti bütün kollektiv tərəfindən təqdir olunur. Buranın işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli bu informasiyaların yayılması şəffaflığın və obyektivliyin təmin edilməsi istiqamətində aparılan işlərə kölgə salmaq məqsədini daşıyır və rüşvət sindromundan yaxa qurtara bilməyən bəzi insanların şəxsi maraqlarına cavab vermir.


Digər xəbərlər

0.53899121284485