Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir

09:10 22-09-2022 | icon 1131
Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir

Sentyabrın 16-da Özbəkistanın qədim şəhəri Səmərqənddə Şanxay Əməkdaşlıq
Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Çin Hindistan, Rusiya, Pakistan, Qazaxıstan,
Özbəkistan və digər böyük iqtisadi-sənaye və investisiya potensiallarına malık ölkələrin
rəhbərlərinin dəvət edildiyi bu sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev də iştirak edərək çıxış etdib.
Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd zirvəsində Azərbaycan Prezidentinin iştirakı
və həm də bu iştirakın Paşinyanın nümayişkaranə şəkildə sammitdən imtinası fonunda
gerçəkləşməsi özlüyündə əhəmiyyətli tarixi hadisədir. Bu mötəbər toplantıda çıxış edən
ölkə rəhbəri bütün təşkilatın, eləcə də ayrı-ayrı üzv dövlətlərin maraqları ilə uzlaşan
mesajlar verdi, konkret maraqlı istiqamətlər göstərdi.
Prezident İlham Əliyevin bu toplantıdakı çıxışında Azərbaycanın imkanlarını təqdim
edib. Azərbaycan növbəti dəfə öz imkanlarını ən praqmatik şəkildə elan edib. Bildirilib
ki, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Bu
gün Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir
və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon
tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə
yaxın artıb.
Qeyd edilib ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr
dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Hazırda Azərbaycan 2020-ci il İkinci Qarabağ
müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr
avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.
Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə
malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı
bugünkü 7-dən 9-a çatdırılacaqdır.
Prezident İlham Əliyev sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri
tərəfindən Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təxribat barədə məlumat verdi.
Bildirildi ki, Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə
almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir
zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə
düşür.
Eyni zamanda qeyd edilib ki, Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və
qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. 2019-cu
ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat
olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrliyi yekdilliklə daha bir il -
2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir.
Azərbaycan ŞƏT-in üzvü olmasa da, təşkilata üzv ölkələrdən heç də kiçik olmayan
təqdimatlar edir. İndi Azərbaycanın sayəsində elə əməkdaşlıq perspektivləri açılır ki,
bunların naminə Mərkəzi Asiya ölkələri Şanxay Əməkdaşlıq Təşkilatının və KTMT üzrə
müttəfiqlərinin maraqlarını balans etməkdən çəkinməməlidirlər. Bütün bunlar həm də o
deməkdir ki, Azərbaycanın Vətən müharibəsindən sonra regionda yaratdığı böyük
reallıqlardan biri olan Zəngəzur dəhlizi Şanxay Əməkdaşlıq Təşkilatı sistemində səmərəli
əməkdaşlıq istiqamətlərini şaxələndirən çox güclü elementə çevrilir.

Zəngəzur dəhlizi Azərbaycanın qovşaq rolu oynadığı Şərq-Qərb və Şimal-Cənub
dəhlizlərinin əhəmiyyətli elementi kimi nəzərdən keçirilir. Bu mənada Prezident İlham
Əliyevin ŞƏT-in Səmərqənd zirvəsində və ikitərəfli görüşlərdə Zəngəzur dəhlizi və 10
noyabr sənədinin tam icrasının vacibliyi məsələsini gündəmə gətirməsi
təkcə Azərbaycanın maraqlarında olan məsələ deyil. Bu dəhlizin
yaradılması Azərbaycan qədər ŞƏT dövlətlərinin də marağındadır. Lakin hər marağın
həyata keçirilməsi üçün münbit siyasi, regional və beynəlxalq şərtlərin olması vacibdir.
Yeni və daha səmərəli əməkdaşlıqların axtarışında olan ŞƏT ölkələri Zəngəzur dəhlizinin
işləməsində öz faydalarının konkret çərçivəsini cızmalıdır. Bu faydalar isə o halda real
olacaq ki, 10 noyabr 2020-ci il və ondan sonrakı razılaşmaların icrası naminə Ermənistana
təzyiqlər göstərilsin. Burada Rusiya ilə bərabər ŞƏT-in ən iri güclərindən olan Çin və digər
maraqlı dövlətlərdən gözləntilər var.

Samir Talıbov
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


Digər xəbərlər

0.27773094177246