Sabahın havası açıqlandı
Azərbaycanda sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-21° isti, gündüz 26-30° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
-
Melioratorların əməyi ən yüksək diqqətə layiqdir
...
-
Ulu Öndərin qoyduğu təməl üzərində
...
-
İnsanların rifah halını yaxşılaşdırmaq naminə görülən tədbir
...
-
Hadi Rəcəbli vəfat etdi
...
-
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
...
-
Sabah Bakıda 24° isti olacaq
...
-
Azərbaycan tibb elminin görkəmli nümayəndəsi
...
-
Akademik Zərifə xanım Əliyevanın zəngin irsi
...
-
İşıqlı zəka sahibi
...
-
Sadə Azərbaycan ziyalısı, xeyixah insan
...