Payız gəldi...

11:13 23-09-2022 | icon 1245
Payız gəldi...

Azərbaycana payız fəsli qədəm qoyub.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, fəsli Azərbaycana sentyabrın 23-də Bakı vaxtı ilə saat 05:03-də daxil olub. 

Payız gecə-gündüz bərabərliyi ilə Yer kürəsinin şimal yarımkürəsində payız fəsli başlayıb. Günəş ekliptika üzrə hərəkət edərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçib.

Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-dək davam edəcək. Dekabrın 22-si saat 01:48-də qış fəsli payızı əvəz edəcək.


Digər xəbərlər

0.2456259727478