Süleyman Mikayılov sakinlərlə görüşdü - Fotolar


Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Müşviqabad qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
Tədbirdən öncə sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər. Keçirilmiş səyyar qəbulda 100-ə yaxın qəsəbə sakinləri iştirak edib.
Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildrib, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemləri haqqında geniş danışıblar.
Qəsəbə sakinlərindən 11 nəfəri fərdi qaydada dinlənilib. Sakinlərini narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.






-
DTX-nin Akademiyasının 25 illiyi münasibətilə tədbir keçirilib - Fotolar
...
-
Leyla Əliyevadan övladları ilə bağlı paylaşım - Foto
...
-
Səttar Möhbalıyev: “Xankəndidə Qarabağ Universitetinin yaradılması bölgənin inkişafı naminə mütərəqqi addımdır”
...
-
Dekabrın ilk gününün havası
...
-
Ankarada TDHİT-nin Qurultayı keçirilib
...
-
Noyabrın son gününün havası
...
-
Azərbaycanda əlverişli investisiya mühiti
...
-
Sabahın hava - Proqnozu
...
-
SPECA-nın Bakı Bəyannaməsi tarixi sənəddir
...
-
Sıx əməkdaşlığa ünvanlanmış çağırışlar
...