Erməni miflərinə son qoyan 27 sentyabr
Anım Günü kimi qeyd etdiyimiz 27 sentyabr bizə çox şey verdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun dəyanəti ilə şanlı Qələbə qazandıq. Respublikamız BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra edərək, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi.
Ermənistan Azərbaycan torpaqlarını işğal edən, bir milyondan çox azərbaycanlını doğma torpaqlarından didərgin salan, 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirən, minlərlə sakinimizi məhv edən əli qanlı cəlladdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür.
Ərazilərimizdə işğalçılar tərəfindən törədilmiş əməllərin tək bir adı var – vəhşilik. Mənfur düşmən Azərbaycanın yaşayış məntəqələrini dağıtmışdır. İşğal dövründə gəlib bizim binalarımızı söküb, binaların daşlarını, damlarını aparıblar, oğru kimi, talançı kimi məhv ediblər. Törətdiyi bütün cinayətlərə görə düşmən beynəlxalq müstəvidə cavab verməlidir. Vandallar işğal dövründə bütün binaları sökmüş və talamışlar. Bütün dünya bu erməni vəhşiliyi haqqında müntəzəm olaraq məlumatlandırılmalıdır.
Rəsmi İrəvan erməni xalqına qarşı da cinayətlər törədib – əgər Ermənistan Azərbaycan torpaqlarından vaxtında öz xoşu ilə çıxsaydı, onlar bu qədər böyük faciə yaşamazdılar. Müharibədən əvvəl Prezident İlham Əliyev dəfələrlə demişdi ki, əgər Ermənistan rəhbərliyi öz xoşu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət edərək torpaqlarımızdan çıxarsa, müharibə təbii ki, istisna ediləcəkdir. Ancaq ermənilər bunu etmədilər.
Ermənistanın inkişafı üçün yeganə yol öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkməkdir. Düşmənçilik Ermənistana çox baha başa gəldi. Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Ermənistan unutmamalıdır ki, “Dəmir yumruq” bu gün də əzilən başının üzərində hazır dayanıb.
Arif Abdullayev,
Vətən müharibəsi qəhrəmanı Rəşad Abdullayevin atası,
Cəlilabad rayonu, Göytəpə şəhəri
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...