“Brent” markalı neftin bir barelinin qiyməti 85 dollardan aşağı düşüb
Mümkün resessiya və tələb perspektivləri ilə bağlı narahatlıqlar fonunda “Brent” markalı neftin bir barelinin qiyməti yanvarın 14-dən sonra ilk dəfə olaraq 85 dollardan aşağı düşüb.
Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,53 % ucuzlaşaraq 1 bareli 84,58 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 0,48 % aşağı düşərək 1 bareli 78,36 ABŞ dolları təşkil edib.
Mümkün resessiya ilə bağlı narahatlıqlar ötən həftə bir sıra böyük mərkəzi bankların yüksək inflyasiya fonunda faiz dərəcələrini artırmağa davam etməsindən sonra güclənib. Eyni zamanda, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) də uçot dərəcəsini artırıb. Ekspertlər tənzimləyicinin noyabrda uçot dərəcəsini yenidən artıracağını güman edirlər.
-
“Nar”dan “Dinlət” xidməti ilə tərzini paylaş
...
-
“8-ci km Ticarət Mərkəzi” ləğv olunur
...
-
"Junior Club" ölkə qanunlarını pozaraq əhalini necə narahat edir? - FOTO
...
-
“Nar” Laçın şəhərində ilk mağazasını açdı!
...
-
“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi - Fotolar
...
-
Bu gün Bakıda SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək
...
-
“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur
...
-
“Nar” yerli telekom peşəkarlarını yetişdirir - Fotolar
...
-
“Tutuquşu alın və bu ünvana çatdırın” – Azərbaycanda kuryerlərə hansı sifarişləri veriblər
...
-
“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi
...