Qaradağda Vətən müharibəsi şəhidləri anıldı - Fotolar
Qaradağ rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 sentyabr- Vətən müharibəsi şəhidlərinin Anım Gününə ehtiram əlaməti olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı dairəvi yolunun 12-ci kilometrliyində, “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında ağacəkmə aksiyası keçirilib.
Keçirilmiş ağacəkmə aksiyasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, millət vəkilləri və şəhid ailələrinin üzvləri iştirak edib.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov Qobustan qəsəbəsində sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhidlik zirvəsinə yüksəlmiş hərbiçimiz Əzizli Sadiq Zaur oğlunun ailəsini ziyarət edib.
Qobustan qəsəbəsində Aşıq Rza adına Mədəniyyət Evində Milli Qəhrəmanımız Əliyev Yusif Əliyusif oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Qəhrəmanın döyüş və iş yoldaşları çıxış edərək onun xatirəsini yad edib.
Tədbirdən sonra isə Milli Qəhrəmanın Qobustan qəsəbəsində yaşayan ata evi ziyarət edilib, şəhidin ailəsi ilə görüş baş tutub.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...