Milli Məclisdə şəhidlərin xatirəsi yad edilib - Foto

14:58 27-09-2022 | icon 1247
Milli Məclisdə şəhidlərin xatirəsi yad edilib - Foto

Milli Məclisdə şəhidlərin xatirəsi yad edilib.

 

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatda bildirilir.

“Bu gün saat 12.00-da Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, deputatlar, parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Vətən müharibəsində böyük rəşadət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Şəhidlərimizə Allahdan rəhmət diləyirik!”, - deyə məlumatda qeyd olunur. 

 

 
 
 

Digər xəbərlər

0.29877901077271