AHİK-in rəhbərliyi və kollektivi Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib
15:00 27-09-2022
|
1533
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli
Məclisin deputatı Səttar Möhbalıyev, AHİK-in kollektivi, həmçinin quruma
üzv təşkilatların rəhbərləri və əməkdaşları 27 Sentyabr - Anım Günü ilə
əlaqədar xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.
Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə
canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad
edilib, məzarları üzərinə güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil
qoyulub.
AHİK sədri Səttar Möhbalıyev Şəhidlər xiyabanında jurnalistlərin suallarını
cavablandırıb.
Bildirib ki, Vətən yolunda şəhid olanların əziz xatirəsi daim uca
tutulur, onların ailə üzvləri həmişə yüksək dövlət qayğısı ilə əhatə olunur: “Onu
da qeyd edim ki, Şuşanın azad edilməsi xəbərini müzəffər Ali Baş Komandan
cənab İlham Əliyev məhz burada - Şəhidlər xiyabanında çatdırmışdı. Bu xəbəri
ilk eşitməyə şəhidlərin haqqı kimi yanaşmışdı. Prezident İlham Əliyevin
sərəncamı ilə sentyabrın 27-nin Anım Günü kimi təsis olunması şəhidlərin
xatirəsinə göstərilən böyük ehtiramın nümunəsidir. 44 gün davam edən Vətən
müharibəsi tariximizin parlaq səhifəsi olmaqla, Azərbaycan xalqının iftixar və
qürur mənbəyinə çevrilib. Möhtəşəm uğurlara imza atan, respublikamızı inkişaf
etmiş dövlətlər sırasına çıxaran cənab İlham Əliyev yenilməz sərkərdəlik
keyfiyyətləri ilə Azərbaycanın yeganə ağrılı probleminə də son qoydu”.
Sonra ikinci Şəhidlər xiyabanına gələn Azərbaycan həmkarlar ittifaqlarının
rəhbərliyi və kollektivi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş,
Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış,
ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi
yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...