Nizami Qəribov: "Müzəffər Azərbaycan Ordusu öz gücünü, qüdrətini 44 günə bütün dünyaya sübut elədi"

10:47 04-10-2022 | icon 416
Nizami Qəribov:

2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk
olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində
möhtəşəm Qələbə qazandı, xalqımızın 30 illik həsrətinə son qoyuldu.

Bu fikirləri Kürdəmir şəhər bələdiyyəsinin sədri Nizami Qəribov deyib.

Nizami Qəribov qeyd edib ki, Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində
ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfərdən sonra
qərinələr keçəcək, illər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın taleyinin ən
parlaq səhifəsi kimi heç vaxt unutmayacaq:

"Vətən müharibəsi Azərbaycan xalqının
kimliyini, onun dövlətinin gücünü, nüfuzunu dünyaya bəyan etdi. Bu Qələbə
xalqımızın gələcəyinə elə bir təməl yaratdı ki, onun üzərində Azərbaycan dövləti
daim inkişaf edəcək, zənginləşəcək, dünya dövlətləri sırasında ən öndə gedəcək. 44
günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Qələbə isə təsadüfi deyildi.
Çünki bu nailiyyətin arxasında Qələbəni təmin edən uğurlar dayanırdı. Hələ illər
öncə Qələbəni əldə etmək üçün ölkədə və beynəlxalq müstəvidə böyük hazırlıq
işləri görülmüşdü. Əsasən də ordu quruculuğu sahəsində böyük islahatlar
aparılmışdır. İlk növbədə, beynəlxalq müstəvidə uğur qazanmalı idik və buna nail
olduq. Son illər ərzində aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi
dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Biz sübut etməli idik ki,
beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz sübut etməli idik ki, Dağlıq Qarabağ
əzəli Azərbaycan torpağıdır. Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni
lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Ona görə
beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər
beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi.
Belə də oldu. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı,
İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən
Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim
maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etmişlər. Bunun arxasında
isə ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham
Əliyevin qətiyyətli addımı, mövqeyi, yürütdüyü uğurlu dövlət siyasəti dayanır.
Cənab Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq
müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları
darmadağın etdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən
Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları  alt-üst oldu. Regionda
Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.  Yekun nəticədə
Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev nəyi necə və nə zaman etməyi
özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Bu qələbə azərbaycanlılar
haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün
dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez
öz amalına qovuşacaqdır.  Cənab Prezident İlham Əliyevin son 17 ildə həyata
keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad
olmasının ən başlıca səbəbidir. 

Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək
təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək,
yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək. Azərbaycan
cəmiyyəti, Azərbaycan xalqı üçün yeni həyat, yeni tarix başlayır. Bu gün
Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı
qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları, terror
zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı
Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi,
güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. 30 ildən sonra sübuta yetirdik ki,
bir qarış torpağımızı belə heç kəsə verən deyilik.
44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq
qalacaq! Qarabağ Azərbaycandır!"


Digər xəbərlər

0.38698196411133