Lənkəran İcra Hakimiyyətində əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

23:26 04-10-2022 | icon 2361
Lənkəran İcra Hakimiyyətində əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat nəticəsində bəzi vəzifəli şəxslərin, eləcə də Lənkərən ŞİH-in şöbə müdiri - baş memar Elgün Əzizulla oğlu Abdullayevin saxlanıldığı bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.

Qeyd edək ki, Lənkəran ŞİH-in başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən bu vəzifəni tutur.


Digər xəbərlər

0.20034909248352