Onlar Rəşad Məcidin müavini oldu

23:27 04-10-2022 | icon 1109
Onlar Rəşad Məcidin müavini oldu

Bu gün Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə iclası keçirilib.

İclasda Mətbuat Şurasının sədr müavinləri məlum olub.

 

Belə ki, Səadət Məmmədova və Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri Rəşad Məcidin müavini seçiliblər.

Bundan əlavə, Rey Kərimoğlu Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri, Əvəz Rüstəmov isə icraçı katib seçilib.

İclasda eyni zamanda Mətbuat Şurasının komissiyalarının da tərkibi müəyyən edilib.

Qeyd edək ki, sentyabrın 24-ü Rəşad Məcid Azərbaycan Mətbuat Şurasının yeni sədri seçilib.

Xatırladaq ki, o bu postda Şuraya 19 il rəhbərlik etmiş Əflatun Amaşovu əvəz edib.


Digər xəbərlər

0.22469305992126