Mədət Quliyev Hulusi Akarı medalla təltif etdi - Fotolar
Bu gün Azərbaycan müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu haqda Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Görüş zamanı M.Quliyev qardaş ölkənin nümayəndə heyətini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. O, bu işgüzar səfərin iki ölkə arasında əlaqələrin daha da inkişafına önəmli töhfə verəcəyinə əminliyini bildirib.
M.Quliyev Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə olan uğurlu əməkdaşlıq barədə danışıb.
44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstəyin qazandığımız Zəfərdə böyük rol oynadığını vurğulayan nazir Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətlərinin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verdiyini xüsusi qeyd edib.
Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Türkiyənin milli müdafiə naziri H. Akar "Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" medalı ilə təltif edilib. Medalı qonağa M.Quliyev təqdim edib.
Səmimi qəbula görə nazir M.Quliyevə təşəkkürünü bildirən H.Akar Ermənistanın təxribatlarının qarşısını alarkən şəhid olan hərbi qulluqçuların yaxınları və ailə üzvlərinə başsağlığı verib, yaralılara şəfa diləyib. İşgüzar səfər çərçivəsində baş tutan bu görüşün Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə olan əməkdaşlığın daha da inkişafında önəmli rol oynayacağını qeyd edib.
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...