Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir

10:02 05-10-2022 | icon 1303
Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir

Azərbaycan bu gün iqtisadi inkişaf, ölkələrlə əməkdaşlığı
möhkəmləndirmək və dərinləşdirmək sahəsində həyata keçirdiyi siyasət,
sülhə, əminamanlığa, beynəlxalq hüquqa verdiyi dəstək baxımından
dünyanın diqqət mərkəzində olan dövlətlərindən biridir. Həm də ölkəmiz
müasir çətin şəraitdə, dünya ölkələri arasında ziddiyyətlərin kəskinləşdiyi,
müharibənin getdiyi, ərzaq və enerji qıtlığının yarandığı bir dövrdə
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsaslı rol oynayan bir
dövlət kimi tanınır və qiymətləndirilir. Azərbaycan etibarlı tərəfdaş kimi uzun
illərdir dünya və Avropa bazarlarına xam neftin və qazını ixrac etməklə
dövlətlərin və xalqların həyatının normal təmin olunmasına töhfələr verir və
bu proses ildən - ilə sürətlənməkdədir.
  Avropa İttifaqı ilə ölkəmiz arasında bu yaxınlarda enerji sahəsində
strateji tərəfdaşlıq haqqında Memorandumun
imzalanması əməkdaşlığın əyani nümunəsidir.
  Bu sənədə əsasən növbəti bir neçə il ərzində Avropaya qaz ixracı ən
azı 2 dəfə artırılacaqdır. Yunanıstan - Bolqarıstan Qaz İnterkonnektoru
layihəsi isə Azərbaycan qazının Avropa ölkələrinə daha geniş miqyasda
nəql olunmasına imkan yaradacaqdır ki, bu, ölkəmizin Avropada böyük
nüfuz qazanmasına, əlaqələrin daha da genişləndirilməsinə təkan
verəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
Bolqarıstana səfəri və səfər zamanı keçirilən əhəmiyyətli görüşlərdə dövlət
başçılarının, rəsmi dairələrin çıxışlarında səslənən fikirlər Azərbaycanın
humanist mövqeyini bir daha təsdiq edir. Bu səfər iki dövlət arasında
mühüm strateji tərəfdaşlığa doğru növbəti addım olmaqla ölkələrin milli
maraqlarına, xalqların dostluğuna xidmətə istiqamətlənib. Cənub Qaz
Dəhlizinin istismarı ilə əlaqədar bu münasibətlər daha da
yaxşılaşmaqdadır. Prezidentimiz mətbuata bəyanatında da bunu bir daha
qeyd edərək deyib: “Azərbaycan qazı indi Bolqarıstandadır. Biz
Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılmasını da
müzakirə etdik və müvafiq göstərişlər verilib”.
  Azərbaycan - Bolqarıstan arasında enerji əməkdaşlığı ilə bərabər,
nəqliyyat, ticarət, sərmayələr, birgə müəssisələrin yaradılması, turizm kimi
başqa sahələrin inkişaf etdirilməsi əlbəttə ki, dövlətlərin gələcək uğurları
üçün çox əhəmiyyətlidir. Bu səfər də bu baxımdan qiymətlidir və dövlətlərin
gələcək inkişafına xidmət edir.

Həkim Ulfanov
Saatlı rayonu Şirinbəy kənd tam orta məktəbinin müəllimi


Digər xəbərlər

0.27179217338562