Şəhid Müşfiq Abbasovun anım günüdür - Fotolar

13:08 06-10-2022 | icon 935
Şəhid Müşfiq Abbasovun anım günüdür - Fotolar

Bu gün 44 günlük Vətən müharibəsində iki oğlu ilə birlikdə könüllü olaraq döyüşlərə qatılan və şəhid olan Müşfiq Abbasovun anım günüdür.

Bu münasibətlə şəhidin oğulları Şamil və İntiqam onun məzarını ziyarət ediblər.

Qeyd edək ki, M. Abbasov Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanıb və 6 oktyabr 2020-ci ildə rayonun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

 
 
 

Ağdamın Abdal-Gülablı kəndində doğulan şəhidimiz Quzanlı kəndindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Prezidenti İlham Əliyevin sərəncamları ilə M. Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

Birinci Qarabağ savaşında yaralanan M. Abbasovu 44 günlük Vətən müharibəsinədək təkcə Ağdam əhalisi yaxşı tanıyırdısa, ikinci Qarabağ müharibəsində onu bütün Azərbaycan tanıdı. Onun iki oğlu – Şamil və İntiqamla birgə çəkdirdiyi şəkil savaşın ilk günündən sosial şəbəkələrdə məşhurlaşmışdı.

 


Digər xəbərlər

0.25471806526184