FİFA Mahir Emrelinin futbol oynamasına qadağa qoydu - Fotolar

21:46 06-10-2022 | icon 1123
FİFA Mahir Emrelinin futbol oynamasına qadağa qoydu - Fotolar

FİFA Azərbaycan millisinin futbolçusu Mahir Emrelini cəzalandırıb.

Bu barədə “Legiya”nın hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski tviter hesabında paylaşım edib.

 

Ali futbol qurumu onu maliyyə fair-pley-inə əməl etmədiyinə görə futboldan uzaqlaşdırıb.

Belə ki, qərara görə “Legiya”dan qalmaqallı şəkildə ayrılan Emreli Polşa klubuna 100 min avro ödəməlidir.

Əks-halda onun futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyulub.

Qeyd edək ki, 2021-ci il dekabrın 12-də “Legiya” Plotsk “Visla”sı ilə Ekstraklasanın 18-ci tur oyunundan qayıtdığı vaxt varşavalı azarkeşlər komandanın avtobusuna soxulublar. Onlar Mahir Emreli və Lukinyası döyüblər. Nəticədə azərbaycanlı futbolçu klubdan ayrılmağı qərara alıb və Zaqreb "Dinamo"suna keçib.

 

 


Digər xəbərlər

0.31903100013733